“Qarabağın azad edilməsi, qələbələrə aparan yol da yeni "ictimai sazişdən" keçir”.
“Əsgərimizin gözü arxada, ailəsində, onların dolanışığında qalmamalıdır” – Natiq Cəfərli
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərlinin sözlərinə görə, indiki sistem müharibəyə hazır deyil, ölkə daxilində barış, hüzur və inam yaradan idarəetmə modeli, yeni iqtisadi fürsətlər ortamı olmalıdır ki, torpaqları işğaldan azad etmək mümkün olsun: “Əsgərimizin gözü arxada, ailəsində, onların dolanışığında qalmamalı, onda ədalətsizlik hissi yaranmamalıdır. Hədəfimiz Ədalətli Rifah Dövləti və bu kontekstə Qarabağ olmalıdır!”