“Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”.
Pravda.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında nazirlərlə keçirdiyi toplantısından sonrakı çıxışında belə bildirib.