Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

AVP: Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi Fəzail Ağamalıya qarşı aqressiv münasibətinə görə olub

1 294
Paylaş:
AVP: Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi Fəzail Ağamalıya qarşı aqressiv münasibətinə görə olub

Milli Məclisin deputatı Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasının (AVP) Mətbuat xidməti bəzi mətbuat orqanlarında F.Ağamalı barəsində yer alan fikirlərə münasibət bildirib.

Pravda.az-a daxil olan açıqlamada bildirilir:

“Hürriyyət” qəzetində çap olunan Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… -  başlıqlı yazı  “Pravda.az” xəbər portalında da dərc olunub. “Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi” yarımbaşlığında Fəzail Ağamalı ilə bağlı olan fikirlər kökündən yalnışdır. Bu günə qədər bütün mətbuatda gedən açıqlamalardan da bəlli olub ki, Hüseyn Abdullayevin deputat mandatından  məhrum edilməsi Ramiz Mehdiyevin tapşırığı ilə deyil onun Milli Məclisdə etdiyi əxlaqa zidd çıxışlarına və Fəzail Ağamalıya  qarşı aqressiv münasibətinə  görə olub.

Paylaş:

Ən son xəbərlər