Ən son xəbərləri səhifəmizdən də izləyin
Möhtərəm Prezidentin Az.TV, «İctimai TV» və «Real» TV-nin əməkdaşlarına verdiyi müsahibə artıq həm ziyalılar, həm siyasətçilər, həm də xalq tərəfindən geniş müzakirə edilməkdədi. Xüsusilə qeyd etmək istərdim ki, bu müsahibə xalqda Azərbaycanın sabahı ilə, gələcəyi ilə, xüsusilə Dağlıq Qarabağ probleminin həlli baxımından xoş ovqat yaratmış və müsahibə böyük ruh yüksəkliyinə səbəb olmuşdu.
Məlumdur ki, ölkədə 2018-ci ildən başlayaraq çox böyük iqtisadi və siyasi islahatlar həyata keçirilir. Bu islahatların verdiyi bugünki və gələcək nəticələri müsahibədə geniş yer almışdı. Həm bir ziyalı kimi, həm də bir qarabağlı kimi müsahibədə məni ən çox cəlb edən məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Möhtərəm Prezidentin tutduğu qətiyyətli mövqedir. Hələ ötənlərdə dövlət başçısı bu məsələyə «Qarabağ Azərbaycandır. Nida!» sözləri ilə son nöqtəni qoymuşdu.
Prezident müsahibəsində deyir: «Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edib».
Bəli, Ermənistanın əsas məqsədi danışıqları uzatmaqla, pozmaqla və Möhtərəm Prezidentimizin dediyi kimi, cəfəng bəyanatlarıyla həm beynəlxalq ictimaiyyəti aldadır, həm də indiki status kvonu saxlamaq istəyir. Və növbəti təxribatlarından biri də Livandan erməni ailələrini Dağlıq Qarabağa köçürməsidir. Və həm də bunları çəkib televiziya vasitəsilə bütün dünyaya yaymasıdır. Bu da bütün beynəlxalq konvensiyaya ziddi. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət də bu məsələyə göz yumur. Qoy göz yumsunlar. Azərbaycan o yumulu gözləri açmağa qadirdir və açacaq. Və onda ermənilər üçün çox pis olacaq, beynəlxalq ictimaiyyətin də utanan üzü varsa…
Məlumdur ki, Ermənistanın təxribatlarından biri də Dağlıq Qarabağı danışıqlara soxmaqdı. Təbii ki, Azərbaycan da heç vaxt separatçılarla və terrorçularla hər hansı bir danışıqlara girməz. Dünyada heç bir özünə hörmət edən dövlət separatçılarla və terrorçularla danışıqlara getmir. Bu məsələdə də Möhtərəm Prezident öz qəti mövqeyini ortaya qoyub.
Ermənistan baş nazirinin Azərbaycanın qarşısında yeddi şərt qoyması ilə bağlı dövlət başçısı deyib: «Birincisi, sən kimsən ki, bizimlə şərtlə danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində bu öz əksini tapır».
Möhtərəm Prezident müsahibəsində məlum Tovuz döyüşlərinə də toxunub. Və bildirib ki, həm Tovuzda, həm də Naxçıvanda aparılan uğurlu əməliyyatlar Ermənistana bir dərs oldu. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti də cavabsız qaldı. Və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir bəyanat da vermədi, sadəcə şərh verdi və onların səyləri puça çıxdı.
Jurnalistlər Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri ilə bağlı məsələyə də toxunublar. Prezident İlham Əliyev jurnalistlərə cavabında deyib: «İlk növbədə, mənim əziz qardaşım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Tovuz hadisələrindən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadı. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi».
Və daha sonra əlavə edir ki, «biz də hər zaman Türkiyənin yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də bilirlər. Azərbaycanda da bilirlər, dünyada da bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir».
Və onu da qeyd edir ki, bu təlimlər müntəzəm olaraq keçirilir, həm Azərbaycanda, həm də Türkiyədə. Eyni zamanda Naxçıvanda da təlimlər keçirilir. Və təbii ki, bu da Ermənistanı bərk qorxuya salır: «Beləliklə, bu təlimlərə qayıdarkən bir daha demək istəyirəm ki, təlimlər keçirilir və nə qədər lazımdır keçiriləcək. Bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir».
Prezident İlham Əliyev müsahibəsini bu fikirlərlə yekunlaşdırır: «Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik . Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»
Yazımın əvvəlində dediyim kimi, Möhtərəm Prezidentin çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bir ziyalı kimi və qarabağlıları Milli Məclisdə təmsil edən millət vəkillərindən biri kimi qarabağlılar adından onu demək istərdim ki, Qarabağ camaatı Ulu Öndər Heydər Əliyevin ilk dəfə rəsmi dövlət bayrağı kimi Naxçıvanda qaldırdığı o müqəddəs bayrağımızı Prezident İlham Əliyevin bir gün Şuşaya sancacağına Günəşə, Aya inandıqları kimi inanırlar. Və Möhtərəm Prezidentin yanındadırlar və Qarabağın azadlığı uğrunda başlanacaq savaşda da ön cərgədə olacaqlar.
Tanrı Azərbaycanımızı qorusun!
Tanrı Prezidentimizi qorusun!
Aqil Abbas
Milli Məclisin deputatı
29 May 12:26
29 May 12:15
29 May 12:13
29 May 12:10
29 May 12:02
29 May 11:58
29 May 11:49
29 May 11:42
29 May 11:40
29 May 11:32
29 May 11:22
29 May 11:17
29 May 11:15
29 May 11:12
29 May 11:09
29 May 10:54
29 May 10:40
29 May 10:27
29 May 10:20
29 May 10:09
29 May 10:07
29 May 10:05
29 May 10:04
29 May 09:56
29 May 09:54
29 May 09:52
29 May 09:50
29 May 09:48
29 May 09:45
29 May 09:29
29 May 09:25
29 May 09:19
29 May 09:17
29 May 09:15
29 May 09:11
29 May 09:03
29 May 09:00
29 May 08:57
29 May 08:50
29 May 08:48
29 May 08:47
29 May 08:40
29 May 08:31
29 May 08:15
29 May 08:10
29 May 08:05
29 May 07:11
29 May 07:09
29 May 07:06
29 May 00:09
28 May 23:11
28 May 22:19
28 May 22:08
28 May 22:04
28 May 22:02
28 May 22:00
28 May 21:03
28 May 20:35
28 May 20:32
28 May 20:30
28 May 19:37
28 May 19:35
28 May 19:33
28 May 18:40
28 May 18:30
28 May 18:27
28 May 18:23
28 May 18:20
28 May 17:57
28 May 17:50
28 May 17:49
28 May 17:28
28 May 17:18
28 May 17:17
28 May 17:16
28 May 17:13
28 May 17:12
28 May 17:11
28 May 16:23
28 May 15:43
28 May 15:42
28 May 15:34
28 May 15:28
28 May 15:26
28 May 15:25
28 May 15:23
28 May 15:04
28 May 14:33
28 May 14:27
28 May 14:26
28 May 14:25
28 May 14:06
28 May 14:05
28 May 14:03
28 May 14:02
28 May 13:59
28 May 13:57
28 May 13:36
28 May 13:25
28 May 13:23
28 May 13:17
28 May 13:14
28 May 12:40
28 May 12:34
28 May 12:10
28 May 11:44
28 May 11:22
28 May 11:19
28 May 11:02
28 May 10:58
28 May 10:48
28 May 10:45
28 May 10:34
28 May 10:32
28 May 08:41
28 May 08:38
28 May 08:35
28 May 08:28
28 May 08:25
28 May 08:21
28 May 08:18
28 May 08:16
27 May 22:31
27 May 22:12
27 May 22:09
27 May 21:56
27 May 20:52
27 May 20:51
27 May 20:47
27 May 20:45
27 May 20:42
27 May 20:40
27 May 20:37
27 May 20:32
27 May 20:30
27 May 20:29
27 May 20:16
27 May 20:14
27 May 20:12
27 May 20:06
27 May 19:35
27 May 19:33
27 May 19:29
27 May 18:33
27 May 18:30
27 May 17:41
27 May 17:39
27 May 17:05
27 May 16:54
27 May 16:51