“Ermənistan bizimlə təkbətək döyüşməkdən qorxur”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov müsahibə verib. Onunla müsahibəni təqdim edirik.

 

– Zaur müəllim, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statusda – Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi çıxış edib. Bu çıxışlarda əksini tapan başlıca məqamlara münasibət bildirməyinizi istərdik...

 

– Bəli, dünən Prezident İlham Əliyev növbəti beynəlxalq tribunadan istifadə edərək Ermənistanın apardığı siyasəti ifşa etdi və bir daha bütün dünya ictimaiyyəti qarşısında vurğuladı ki, bu ölkənin Cənubi Qafqazda oynadığı rol, apardığı fəaliyyət bölgəni müharibəyə aparıb çıxara bilər. Əgər sabah müharibə baş verərsə, bunun məsuliyyəti Ermənistanın üzərində olacaq. Faktiki olaraq məsuliyyət həm də təkcə Ermənistanda yox, dünya ictimaiyyətində olacaq. Dövlət başçısı əslində dünya ictimaiyyətinin də üzərinə məsuliyyət götürməsinin vaxtının çatdığı ismarıcını vermiş oldu.

 

Eyni zamanda biz bilirik ki, Prezident İlham Əliyev sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi. Qoşulmama Hərəkatının bütün üzvləri keçən ilin oktyabrında Ermənistanı açıq-aşkar işğalçı adlandırdı. Belə olan təqdirdə başda BMT olmaqla Ermənistanın apardığı siyasətə təbii ki, adekvat cavab verilməlidir. Ermənistanın atdığı addımlar beynəlxalq tribunalardan pislənilməlidir. Lakin təəssüflər olsun ki, biz hələ də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bu proseslərə susqunluqla yanaşdığını görürük. Biz görürük ki, Tovuz hadisələri iyulun 12-dən başlasa da ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üstündən iki ay keçdikdən sonra – sentyabrın 14-də bu hadisələrlə bağlı bəyanat verdi. Bu o deməkdir ki, həmsədr ölkələr də əslində Ermənistanı faktiki olaraq dəstəkləyirlər. Onlar Ermənistanın arxasında dayanaraq bu təxribatlara rəvac verirlər.

 

– Dövlət başçısı sentyabrın 19-da yerli telekanallara müsahibəsi zamanı bildirdi ki, Ermənistan tərəfi yeni böyük müharibəyə hazırlaşır. Sizin bu istiqamətdə fikirləriniz nədən ibarətdir?

– Biz bu gün Ermənistanın Azərbaycana qarşı strateji planını görürük. O strateji plana əsasən Ermənistan Azərbaycana qarşı ikinci müharibəyə başlayır. Burada da məqsəd onların müdafiə nazirinin dediyi kimi yeni ərazilər uğrunda yeni müharibədir. Bilirsiniz ki, istər Tovuz, istər Goranboy, istərsə də digər bölgələr yalançı erməni tarixşünaslığında “tarixi erməni torpaqları” adlandırılır və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Erməni diasporu, erməni kilsəsi, erməni dövləti və onların havadarları tərəfindən bu planın həyata həyata keçirilməsini istisna edə bilmərik. Çünki 102 il əvvəl həmin o havadarların vasitəsilə Azərbaycan torpaqlarında ermənilər öz dövlətini qura bilib.

 

Biz bu gün də eyni hadisələrin təkrarlanmasınına cəhdlərin şahidi olsaq, məncə, təəccüblənməyə dəyməz. Bütün bu olanlar bir daha onu göstərir ki, Ermənistanın qarşısına Azərbaycana hədəflənən məsələlər qoyub, onun havadarları isə Azərbaycanı pressinq etməyə çalışırlar. Lakin hər kəs bilməlidir və bilir ki, artıq 1918-20-ci illər deyil. İndi XXI əsrdir. Azərbaycan da təbii ki, olanlardan nəticə çıxarıb. Bu nəticə də Azərbaycanın artıq öz hərbi və siyasi müttəfiqləri ilə münasibətlərinin dərinləşməsinə gətirib çıxarıb. Faktiki olaraq Azərbaycana qarşı bu təxribatların sayəsində biz gördük ki, Azərbaycan hakimiyyəti tamamilə prinsipial şəkildə Türkiyə ilə münasibətlərdə əslində inqilabi addımlar atdı. Biz bizə qonşu olan, guya bizi dəstəkləyən ölkələrin bunu əməldə etmədiklərini gördük. Belə olan təqdirdə Azərbaycan da mühüm addımlar atdı. Məsələn, son vaxtlar Dağlıq Qarabağa və işğal olunmuş ətraf rayonlara terrorçuların gətirilməsi istiqamətində İranın addımlarını qeyd edə bilərik. Burada PKK-çıların və Yaxın Şərqin müxtəlif ölkələrindəki erməni terrorçularının Fransanın dəstəyi, eyni zamanda İranın izni ilə işğal bölgələrinə getməsini tamamilə açıq şəkildə, heç nədən çəkinmədən deməliyik. Çünki əgər bir dövlət Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların getməsinə kömək edirsə, əgər kimsə işğal olunmuş ərazilərdəki qondarma qurumlarla ünsiyyət saxlayırsa, bu, birmənalı şəkildə pislənilməlidir. Əslində pislənilməli bir çox məsələlər var.

 

Biz görürük ki, son zamanlar Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox ölkələr Türkiyəyə görə Ermənistan faktorundan istifadə etməyə cəhd edirlər. Bu da birmənalı şəkildə özünü müsəlman dünyasının lideri adlandıran Səudiyyə Ərəbistanın təbii ki, adına xələl gətirən hadisələrdən biridir. Göründüyü kimi müxtəlif geosiyasi qüvvələr öz dövlət maraqlarını həyata keçirmək üçün bir əsr bundan əvvəl olduğu kimi indi də erməni kartından istifadə etməkdə davam edir.

 

– Sizcə, belə qüvvələrə öz yerini göstərmək üçün bu gün hamılıqla “ümid sənədir ancaq, Azərbaycan əsgəri” deməli deyilikmi?

– Azərbaycan Ordusu bu gün qarşıya qoyulan məqsədi birmənalı şəkildə yerinə yetirəcək. Müharibədə qalib gəlmək üçün eyni zamanda cəmiyyət və ordu, cəmiyyət və dövlət arasında birliyə, ruh yüksəkliyinə, vətənpərvərliyə ehtiyac var. Azərbaycan xalqı aprel döyüşləri zamanı və iyul hadisələri zamanı bunu nümayiş etdirdi. Böyüyündən kiçiyinə, qadınından kişisinə qədər bütün yaş, cins qrupları cəbhəyə getməyə hazır idilər. Amma bildiyiniz kimi Azərbaycan Ordusunda kifayət qədər potensial var.

 

Azərbaycan Ordusu təkbaşına Ermənistanla müharibədə qalib gəlmək əzmindədir. Lakin iş ondadır ki, bu gün Ermənistan bizimlə təkbətək döyüşməkdən qorxur. Bilir ki, bu iqtidarda deyil. İyul hadisələri bunun əyani göstəricisi oldu. Onların hərbçilərinin döyüş postlarından qaçması barədə videoları elə onların öz saytları yaymışdı. Əminəm ki, bu münaqişə müharibə mərhələsinə keçəcəyi təqdirdə tamamilə fərqli şərait görəcəyik və tez bir zamanda işğal altında olan torpaqlarda azərbaycanlılar oturacaqlar.Teleqraf

Tarix: 23 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin