BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Bülbüloğlundan xəbər var

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

 

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

 

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.APA

Tarix: 26 Sentyabr 2020, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin