Milli Məclisin deputatı Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.
Ürəyindən əməliyyat olunduğu deyilən deputat: "Şişirdiblər"
Pravda.az xəbərinə görə deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib: "Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".Report