Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.
Pravda.az-ın məlumatına görə, qərara əsasən, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilib.
Müəyyən edilib ki:
- Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir;