Milli Məclisin sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.  

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, Telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.