Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda brifinqi keçirib.
Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən H.Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirmişdir.