Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.