Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyi məlumat yaydı – Ermənilər Tərtər şəhərini artilleriya atəşinə tutur
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var", - Nazirlikdən bildirilib.