Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Avropa Birliyi Dağlıq Qarabağ bölgəsində döyüşlərin dayandırılmasına çağırdı

1 420
Paylaş:
Avropa Birliyi Dağlıq Qarabağ bölgəsində döyüşlərin dayandırılmasına çağırdı

Avropa Birliyi Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsini dərhal dayandırmağa və siyasi dialoqa qayıtmağa dair çağırış edib.

Pravda.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel AB sammitinin ilk günkü iclasının nəticəsi barədə danışarkən deyib.

“Biz hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq, ATƏT-in Minsk qrupu daxilində siyasi dialoqu bərpa etmək üçün digər beynəlxalq qüvvələrlə birgə bütün səyləri göstəririk. Bu, zorakılığı dayandırmaq üçün yeganə yoldur”, Ş.Mişel belə deyib.APA

Paylaş:

Ən son xəbərlər