Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Qananı sözlə, qanmayanı güclə başa salırıq” – Milli Məclis sədrinin müavini

1 147
Paylaş:
“Qananı sözlə, qanmayanı güclə başa salırıq” –     Milli Məclis sədrinin müavini

“Bizim “ideoloqlar” elə fikir yaratmışdı ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin vitse-spikeri Fəzail İbrahimli deyib. O bildirib ki, Azərbaycan 30 ildir Minsk Qrupunun bizə etdiyi məsləhəti yerinə yetirir: “Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq”.

F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk Qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”.

Paylaş:

Ən son xəbərlər