Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezidentin köməkçisi: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir”

1 366
Paylaş:
Prezidentin köməkçisi: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.

Pravda.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

Paylaş:

Ən son xəbərlər