Azərbaycan Televiziyası bu gün – 2 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Ermənistan işğalından azad etdiyi torpaqlardan görüntülər yayımlayıb.
Müxbir Anar Şuşalının hazırladığı reportajda döyüş əməliyyatlarında iştirak edən hərbçilərimizdən müsahibə yer alıb.
Döyüşdən çıxmış əsgərlər ailələrinə salam göndəriblər. Onlar orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü qeyd ediblər.