Ermənilər ənənələrinə sadiq qalaraq hər fürsətdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək yeni əfsanələr uydurmağa davam edirlər.
Növbəti əsassız iddia erməni politoloq Arayik Stepanyan tərəfindən ortaya atılıb. Rusiyanın Birinci kanalında efirə gedən “Zaman göstərir” verilişinə qatılan erməni politoloq vicdanı sızlamadan iddia edib ki, Naxçıvan muxtariyyəti 1921-ci ildə Azərbaycana verilib.
Verlişdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov erməni tərəfinin ortaya atdığı çoxlu sayda saxta məlumatlara cavab verib.
“Naxçıvanın Azərbaycana təhvil verildiyi “tarixini” yazanlar erməni xalqına hörmət etmirlər. Naxçıvanın Azərbaycana verildiyi barədə faktı göstərəcək adama 1 milyard dollar verəcəyəm. Əksinə, həmin vaxt Zəngəzur ərazisi Ermənistana verildi, nəticədə Ermənistan Azərbaycanla Naxçıvan muxtariyyəti arasında oldu. Ermənistanda tarixlə bağlı çoxlu saxta məlumatlar var”, - deyə o bildirib.
Eyni zamanda F.Axundov xatırladıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. O, xatırladıb ki, İkinci Dünya Müharibəsi zamanı Hitler Şimali Qafqaz və Volqa boyunca SSRİ-nin ərazisinin cəmi 9 faizini işğal etdiyi üçün Böyük Vətən Müharibəsi elan olunub.