Oktyabrın 3-də Bakıda siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirak edir.
APA-nın məlumatına görə, çıxış edən şöbə müdiri Ədalət Vəliyev sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətdiyini, düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhəboyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olduğunu bildirib.
Sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.