“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.
Pravda.az-ın məlumatına görə, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.