BURADA REKLAMINIZ OLA
BİLƏR

68 yaşlı deputat 69 saylı dairədən namizəd olacaq

“Parlament seçkilərində iştirak etməməyimə heç bir səbəb yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

 

F.İbrahimli yenidən deputat kimi fəaliyyət göstərmək üçün kifayət qədər gücünün olduğunu bildirib: “İnsanın gərək özünün içində deputat olmağa təşəbbüs olsun, yoxsa ki, kənardan nə qədər də namizədliyini irəli sür desələr də, faydası olmaz. Keçdiyim həyat yolu, seçicilərlə münasibətdəki səmimiyyət imkan verir ki, yenidən deputat kimi fəaliyyət göstərim. Həmişəki kimi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizdəliyimi irəli sürəcəm. Hələ ki, imza vərəqlərini toplamamışam, vaxta var”.

 

Qeyd edək ki, Fəzail İbrahimli 2000-ci ildən deputat kimi fəaliyyət göstərir, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavinidir.modern.az

Tarix: 21 Dekabr 2019, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin