Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

“Ordumuz işğal altında olan rayonları erməni terrorçulardan təmizləyir” - Cavid Osmanov

1 793
Paylaş:
“Ordumuz işğal altında olan rayonları erməni terrorçulardan təmizləyir” -     Cavid Osmanov

“Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edir: “Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açırlar. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyir. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini özünü icra edir”.

Paylaş:

Ən son xəbərlər