Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputat: “Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir”

2 270
Paylaş:
Deputat: “Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir”

“Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir”

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov “Bir kəmər, bir yol” layihəsini olduqca əlverişli layihə hesab edib.

O qeyd edib ki, “Bir kəmər, bir yol” (One Road One Belt) layihəsi Tarixi İpək Yolunun bərpasına hədəflənib.

Deputatın sözlərinə görə, bu layihə Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edəcək. Bu isə öz növbəsində Çinin dünya iqtisadiyyatındakı dominant rolunu daha da artıracaq.

Azərbaycanın layihəyə verdiyi töhfənin danılmaz olduğunu vurğulayan C.Osmanov bildirib ki, Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır. (Trend)

Paylaş:

Ən son xəbərlər