BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Qənizadə parlament seçkilərinə qatılacaq

 

 

V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə yenidən parlament seçkilərinə qatılacaq.

 

Pravda.az xəbər verir ki, Ç. Qənizadə yenidən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürür: “Mən hər il seçildiyim dairədə, kəndlərdə seçicilərimlə görüşlər keçirmişəm. Vətəndaşların problemlərinin həllinə icra başçısı ilə birlikdə çalışmışıq. Deputat olduğum müddət ərzində seçicilərin şəxsi problemlərinin həllinə çalışmış, bütün müraciətləri nəzərə almışam. Bununla seçicilərimin hörmət və inamımı qazanmışam. 10 ildir 80 saylı dairənin seçicilərini parlamentdə təmsil edirəm. Seçicilərimlə qarşılıqlı inam və ehtiram duyduğumuza görə,  onlardan da müraciətlər çox oldu. Bu baxımdan, yenidən bu dairədən namizədliyimi irəli sürməyə qərar verdim”.modern.az

Tarix: 22 Dekabr 2019, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin