Milli Məclisin sabiq sədri Rəsul Quliyev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində dəstəkləyəcəyi şəxsin adını açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, R.Quliyev seçkilərdə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunu dəstəkləyəcək.
Sabiq spiker deyib ki, Gələcək Azərbaycan Partiyasında yüksək intellektə sahib gənclər var: "Parlament seçkilərində partiyanın sədri Ağasif Şakiroğlunu və onun ətrafında olan gəncləri dəstəkləyəcəyəm".
Qeyd: A.Şakiroğlu namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürüb. GAP sədrinin namizədliyinin irəli sürülməsi təsdiqlənib.