Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.
Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqları - FOTOLAR
Pravda.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.