BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun qardaşı deputatlığa namizədliyini irəli sürdü

“Gələn il fervalın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim etdim”.

 

Pravda.az-ın xəbərinə görə, iqtisadçı Vüqar Bayramov deyib.

 

İqtisadçı bu dairədən deputatlığa namizədliyini verəcəyini də açıqlayıb: “Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm. Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”.

 

Qeyd: V.Bayramov iqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun qardaşıdır.

Tarix: 23 Dekabr 2019, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin