"Elif Şafakın Twitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi. Azərbaycanda onun kitablarının nəşr hüququ Qanun nəşriyyatına məxsusudur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik".
Pravda.az-ın xəbərinə görə, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
"Hamını Twitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir" - Ş.Xuduoğlu qeyd edib.
"Elif Şafakın kitablarının satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm" - Şahbaz Xuduoğlu