BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir qadağa tətbiq ediləcək - Operativ Qərargah məlumat yaydı

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. 

Pravda.az-ın məlumatına görə, qərara əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərt müəyyənləşib.

Beləliklə, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.  

Tarix: 14 Oktyabr 2020, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin