Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Yeni stansiyaya Polad Həşimovun adı veriləcəkmi? – RƏSMİ AÇIQLAMA

1 181
Paylaş:
Yeni stansiyaya Polad Həşimovun adı veriləcəkmi? –     RƏSMİ AÇIQLAMA

"Metronun şərti adı "B-3" olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur".

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur: "Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur".

Paylaş:

Ən son xəbərlər