Nə Avropa oyunları, nə Avrovijn, nə Formula, nə günü günü çiçəklənən dövlətimiz filan bizə həqiqi mənada qürur hissi vermirdi.
Yəni, dəbə minmiş dildə desək, de-yuro verirdi, amma de-fakto içimizdə daim alçalmış, məğlub olunmuş, dəhşətli haqsızlığın qurbanı kimi hiss edirdik özümüzü.
Nə qədər kənarda fors etsək də, öz aramızda bunu anlayırdıq, dərk edirdik, məhkum idik bunu qəbul etməyə, ürək ağrısı ilə yaşayırdıq.
Öz payıma deyim.
Biznes-klasla uçurdum, 5 ulduzlu otellərdə qalırdım, Mişlen restoranlarında şamlar edirdim, sinəmi qabağa verib gedirdim ki, "Ay əm from Azerbaycan", ədəbazlığım yerə-göyə sığmırdı, bütün küçələr dar gəlirdi mənə, amma bir erməni görəndə, içim yanırdı.
Yox, əlbəttə, bu günə qədər heç kimin qabağında boynu bükülü durmamışam və gələcək planlarımda da yoxdur, amma nə qədər burnumu qaldırıb erməniyə yuxarıdan baxsam da, kefim pozulurdu.
Zahirən tısım yatmasa da, daxilən bunu hiss edirdim.
Onun yanında özümü sındırmasam da, içimdə özüm üçün sınırdım.
Bü günlər yaşadığım hisslər tam qərqlidir.
Tək mənim deyil, hamımızın hissləridir bu.
Arzu edirəm müharibə qurtarsın, Qələbəmizdən sonra yenə gedim xaricə və orada erməni görüb təbəssümlə "Hellou, havaryu?" sualını verim.
Və səbirsizliklə mütləq olan “Veryufrom?" sualını eşidib, həqiqi fəxarət hissi ilə "Ay əm from Azerbaycan!” deyim.
Bu hissləri bizə qaytardığınız üçün sizə əbədi təşəkkür düşür, cənab Əliyev və cənab Ərdoğan!
Azər Qəribov
Jurnalist
Sinəmi qabağa verib gedirdim ki, "Ay əm from Azerbaycan", ədəbazlığım yerə-göyə sığmırdı…"