BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövnəq Abdullayev və Cavid Qurbanov parlament seçkilərində iştirak etməyəcəklər

Hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısından bu dəfə bəzi vəzifəli şəxslərin adları çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, onlardan ikisinin adı dəqiqləşdirilib. Məlumata görə, Milli Məclisə III, IV və V çağırış deputat seçilən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev bu dəfə seçki marafonuna qatılmayacaq.

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da seçkidə iştirak etməyəcək.

 

Xatırladaq ki, ötən dəfə - V çağırış parlament seçkilərində C.Qurbanov123 saylı Kəlbəcər Seçki Dairəsindən, Rövnəq Abdullayev isə 24 saylı Nizami 1-ci dairəsindən YAP-ın namizədləri olaraq seçilimişdilər.Bakupost

 

 

Tarix: 23 Dekabr 2019, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin