İctimai Televiziyada yayımlanan “3D” (Dadaşlinski Dadaş Dadaşoğlu) verilişinin qonağı Milli Məclisin deputatı Tahir Mirkişili olub.
Pravda.az xəbər verir ki, deputat verilişin aparıcısı Dadaş Dadaşlinskinin seçicilərlə, internetin sürətilə, 2020-ci ilin dövlət büdcəsi ilə bağlı suallarını cavablandırıb.
T.Mirkişili deyib ki, Azərbaycanın dövlət büdcəsinin xərclənməsində ən böyük problemlərdən biri satınalmalarla bağlıdır: “Hesablama Palatasının rəyinə fikir versək, görərik ki, bu məsələ xüsusi qabardılır. Belə düşünürük ki, ötən ildən etibarən Azərbaycanda elektron satınalmalar tenderinin platformasının işə düşməsi bunun qarşısını ala biləcək”.