BURADA REKLAMINIZ OLA
BİLƏR

Seyran Səxavət: “Erməni heç öz dilini də başa düşmür”

“Erməni heç öz dilini də başa düşmür. Onun başa düşdüyü, qandığı bircə dil var o da silah, zor dilidir. Bu dildə də onlara nə demək lazım olduğunu Azərbaycan Ordusu hamıdan yaxşı bilir və onlarla həmin dildə də qəşəng danışır”

 

Bunu yazıçı Seyran Səxavət deyib.

 

 Yazıçı mülki şəxsləri qətlə yetirən Ermənistanın xalqını da qınayıb və onların dövlətlərinin törətdiyi cinayətlərə göz yumduğunu bildirib:

 

“Düşmənə dünyanın hansısa bir dilində söz demək xeyirsizdir. Erməni heç öz dilini də başa düşmür. Onun başa düşdüyü, qandığı bircə dil var o da silah, zor dilidir. Bu dildə də onlara nə demək lazım olduğunu Azərbaycan Ordusu hamıdan yaxşı bilir və onlarla həmin dildə də qəşəng danışır. Sadəcə ordumuzun düşmənlə danışdığı bu dillə məsələləri bir az da tezləşdirib qurtarmaq lazımdır”.

 

Yazıçı erməni xalqının heç vaxt bu cür soyqırımlara etiraz etmədiyini bildirib:

 

“Mən yazıçıyam, söz adamıyam mənə yaraşmaz ki, deyəm ermənilər millət, adam deyil, bunların hamısı pisdi. Deyirlər ki, pis xalq yoxdur, amma sən demə bəşər tarixi yaranandan bəşəriyyət elə yanıla-yanıla gedir. Sən demə pis, murdar, xəstə, uşağa, qadına, qocaya, gecə yarısı adama əl qaldıran xalq da var imiş. Bəs pis xalq necə olur? İndi mənə deyərlər ki, burda xalqın nə günahı var? Mən də deyirəm ki, xalqın günahı odur ki, Gəncəyə birinci dəfə raket atanda erməni xalqı səsini qaldırdıb dedimi ki, ay mənim dövlətim, belə şey etmə? Yəni Xocalı soyqırımından sonra erməni xalqı nə vaxt səsini qaldırıb dövlətinin etdiyinə etirazını bildirib? Bu xalq susursa, deməli onlar da cinayətkar, terrorçu dövlətlə əlli-əlliyə şərikdir. Bir ailədə, nəsildə hamı yaxşı olmur axı, içində bir alçağı da olur, düzdümü? Yer üzü də böyük, nəhəng bir ailədir və burda o qədər yaxşılar, gözəllər var, ancaq alçaqlıq, binamusluq, bişərəflik, qaniçənlik, namərdlik murdarlıq ermənin payına düşüb. Bu isə erməninin missiyasıdır. Ona görə deyirəm ki, ermənilər pis xalqdır.

 

Yazıçı doğulduğu Füzuli rayonunun işğaldan azad olunma xəbəriylə bağlı təəssüratlarını da bölüşüb:

 

“Füzulinin işğaldan azad edilməsi haqda eşitmişdim, amma bunu Ali Baş Komandanın dilindən eşitmək ayrı şeydir. Prezidentin çıxışında eşitdim ki, rayonumuz işğaldan azad olunub. 27 sentyabrda bu hadisələr başlayandan bir neçə saat sonra eşitsəydim ki, Füzuli işğaldan azad edilib, onda başqa hisslər keçirərdim. Amma mən artıq Füzuliyə qədər alınan Cəbrayılın, Xocavəndin işğaldan azad olunmasına sevinə-sevinə gəlmişəm. Deyir işdah dişin altındadır, yəni bu hələ mənim tam sevinməyim deyil. Mən o vaxt bütün qabaritimlə, varlığımla, qanımla, canımla, ürəyimlə, ətrafımla, yerimlə və göyümlə sevinəcəm ki, deyəcəklər Laçın, Şuşa Xankəndi işğaldan azad edildi. Onda siz mənə zəng vurarsınız görün nə oyun çıxaracam”.Moderator

Tarix: 17 Oktyabr 2020, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin