Növbədəkənar parlament seçkilərində iştirak etmək istəyən köhnə-yeni namizədlərdən birinin adı cəmiyyətdə sözün həqiqi mənasında şok yaradacağına şübhə etmirik. Söhbət 72 yaşlı, 30 oldir mandat daşıyan Madər Musayevdən gedir!
Bəli, bu adam özünü Yeni Azərbaycan Partiyasının deputat korpusu ilə birgə buraxıb, islahatlara dəstək verəndən sonra yenidən deputat mandatı almaq istəyir. M.Musayev 30 ildə bir cümləsi ilə yadda qalmasa da, zəngin deputatlıq tarixçəsinə malikdir.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra 1995, 2000, 2005, 2010, 2015-ci illərdə də Milli Məclisdəki kürsüsünü qoruyub. Avropa Məhkəməsi düz iki dəfə onun rəqiblərinin hüquqularının kobud şəkildə pozulduğunu tanısa da, Madər müəllim zərrə qədər mövqeyindən geri çəkilməyib.
Yaxşı var-dövlət sahibi, çoxsaylı gəlirli obyektləri olan deputatın mandat sevgisi nə ilə bağlıdır, deyə bilmərik! Heç ötən illərdə siyasi hakimiyyətdə dəfələrlə dəyişən pradiqmalarda ona necə yer tapıldığını da bilmirik. Ancaq onun depuat kimi üzərinə düşən vəzifələri belə tam şəkildə bildiyinə şübhə edirik...
Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səsəbindən buraxılıb, yenidən qurulur.
Elan olunduğu kimi, hakimiyyətdə yeni təfəkkürlü, savadlı gənclərə yer verilir, onlar yüksək dövlət postlarına irəli çəkilir, idarəetmə təkmilləşir. Parlamentin təkibnin də bu formada dəyişilməsi istənilir.
Milli Məclisin bir hissəsinin əmək qabiliyyətini böyük ölçüdə itirmiş yaşlılardan, çıxışlari ilə xalqın nifrətini qazanmış, heç nə ilə yadda qalmayan, seçicilərin bir problemini belə dilinə gətirməyən mandat daşıyıcılarından, hakimiyyətdən vurulub atılmış keçmiş oliqarxların adamlarından ibarət olduğunu nəzərə alsaq, onun tərkibinin tamamilə dəyişilməsinə ehtiyac olduğuna çübhə yeri qalmır. Zatən deputat mandatı daşıyanlar da özlərini buraxmaqla bunu təsdiqlədilər. Ancaq...