BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzirovun da kəndi azad edilib

Qəhrəman ordumuzun uğurlu əməliyyatları davam edir. 16 oktyabrda azad edilən kəndlərimiz sırasında Xocavənd rayonunun Düdükçü kəndinin də adı var.

 

Pravda.az xəbər verir ki, bu kənd Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katiblərindən biri, ölkəmizin uğursuz rəhbərlərindən Əbdürrəhman Vəzirovun baba yurdudur. Vəzirov bunu 2018-ci ilin fevralında “Paxlava Production” internet kanalına müsahibəsində bir daha təsdiqləmişdi:

 

“Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji Məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli – red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Düdükçü kəndindəndir. Bu kənd vaxtilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb”.Musavat.com

Tarix: 18 Oktyabr 2020, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin