Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur.
Pravda.az-ın məlumatına görə, həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S.Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının qızı - bu gün 15 yaşı tamam olacaq Nigar Əsgərova həlak olub.
Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib.