Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Ermənilərin bu gecə məhv edilən hərbi texnikasının SİYAHISI
Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir” – məlumatda qeyd olunub.