BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulinin Azərbaycan üçün əhəmiyyəti

Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi.

Ərazisi 1386 km², əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq. İran ilə sərhəddə yeləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhvə vermə imkanlarına malik olacaq.

Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir.

Seçki qabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacayıq. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək.

Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Ali Baş Komandamıza və Azərbaycan ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar.

Qarabağ Azərbaycandır!


Vüqar Bayramov

Milli Məclisə Füzuli rayonundan seçilən deputat

Tarix: 19 Oktyabr 2020, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin