BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Arifoğlu ilə İqbal Ağazadə razılığa gəldi

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliklərini 35 saylı Xətai III seçki dairəsindən irəli sürən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadəni bir araya gətirib.

 

Pravda.az xəbər verir ki, bu barədə P.Hüseyn məlumat yayıb.

 

"Bu gün təşəbbüsümlə 35 - ci dairədən namizədliklərini irəli sürmüş Rauf Arifoğlu və İqbal Ağazadə ilə bir araya gəldik. Sosial şəbəkələrdə, mediada baş verən qarşılıqlı ittiham, etik normaları pozan şərh və statusları, o cümlədən gələcək fəaliyyətdə münasibətləri müzakirə etdik. Nəticədə qərara alındı ki,tərəfdarlardan xahiş və tələb edilsin ki,sosial şəbəkə və mediada, təbliğat kampaniyasında ləyaqəti alçaldan, etik normaları pozan, qara piar xarakterli hər hansı status, yazı, şərh, çıxışlara yol verməsinlər. 35-ci dairədə seçki mübarizəsi yalnız sivil metodlardan istifadə edilməklə aparılacaqdır" – P.Hüseyn qeyd edib.

Tarix: 23 Dekabr 2019, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin