BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşada sonuncu çay -1992-ci il” - FOTO

“National Geografic” jurnalının tanınmış foto-jurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Şuşada 1992-ci ildə çəkdiyi fotoları paylaşıb.

 

Pravda.az xəbər verir ki, 68 yaşlı hərbi müxbir fotoları “Şuşada sonuncu çay -1992-ci il” başlığı və #karabakhisazerbaijan həştəqi ilə yayımlayaraq bu fikirləri qeyd edib:

 

“Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi. 1992-ci ilin aprelində Şuşaya gedən bütün yollar  erməni qoşunları tərəfindən idarə olunurdu, azərbaycanlılar üçün bu vacib şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi.

 

Erməni hərbçiləri uzun aylar mühasirədə olduqdan sonra 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, Azərbaycan hərbi hissələrinin və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Bir neçə saat ərzində erməni silahlı qüvvələri yüzlərlə kişi, qadın və uşağı yaraladı və öldürdü. Qəsəbəni ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlılar isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni qoşunlarının ələ keçirdiyi son böyük şəhər idi”.

Fotoları təqdim edirik
Tarix: 22 Oktyabr 2020, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin