Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

General: “Xalq istəyərsə, deputatlığa namizəd olaram”

1 365
Paylaş:
General: “Xalq istəyərsə, deputatlığa namizəd olaram”

"Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm".

Pravda.az-ın xəbərinə görə, bunu açıqlamasında V çağırış Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq: "Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki, mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ eləsin!".

Paylaş:

Ən son xəbərlər