Azərbaycanda xəbərlər proqramının aparıcısı Günel Mövsümova doğulduğu Zəngilan rayonunun işğaldan azad olunma xəbərini oxuyarkən gözyaşlarına hakim ola bilməyib.
Aparıcı rayonun azad olunma xəbərini oxuyarkən ağladı
Pravda.az xəbər verir ki, “ARB 24” kanalının aparıcısı G.Mövsümovanın bu görüntüləri Türkiyə mediasında da gündəm olub. Aparıcı ağladığına görə tamaşaçılardan üzr istəyərək belə deyib: “Bir Zəngilanlı olaraq 27 ildir bu xəbəri gözləyirdik. 15 ildir isə bu xəbəri səsləndirmək arzusuyla yaşadım”.