BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc seysmoloqlar Ali Baş Komandanın əmrinə hazırdırlar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən verilən məlumata görə, iclasda Şura üzvləri il ərzində görülən işlər, gənc mütəxəssislərin yerli və beynəlxalq konfranslarda iştirakları ilə bağlı məqalələrin və tezislərin hazırlanmasına dair müzakirələr aparıblar.

 

Həmçinin müzakirələr zamanı COVID-19 virusu ilə mübarizə sahəsində gənc əməkdaşların məlumatlandırılması işinə dəstək verilməsi, eləcə də sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi nəticəsində başlayan Vətən müharibəsi ilə bağlı gənclərin düşmən ölkə ilə aparılan informasiya müharibəsində yaxından iştirakı ilə bağlı məsələlərə də toxunulub.

 

Bildirilib ki, bu gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan onlarla kəndlərimizi, yüksəkliklərimizi azad edib və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşurlar. Azərbaycan xalqının Ali Baş Komandanının və Azərbaycan Ordusunun arxasında olduğunu bildirən şura üzvləri gənc seysmoloqların da bir əsgər kimi öz dövlətinin və Ali Baş Komandanının əmrində olduqlarını qeyd ediblər.

Tarix: 23 Oktyabr 2020, 00:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin