Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.
Pravda.az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycan 2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.
Əvvəllər həmin PUA-nın adı kamikadze ''Zərbə'' olub. Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində daha sonra həmin silaha ''iti qovan'' adı verilərək seriyalı istehsalına başlanıb.