Bir vaxtlar Gəncə, Qazax, Tovuz, Şəmkir yazılan avtomobillərin üzərini bu dəfə işğal olunmuş və azad edilmiş rayonlarımızın adları bəzəyir.
Taksi sürücüləri avtomobillərinin üzərinə "Şuşa- Laçın 15 manat", "Xocalı- Zəngilan 20 manat" yazıblar.
Bir ay ərzində 3 rayon və onlarla kəndin işğaldan azad edilməsi xəbərini eşidən və bununla qürurlandıqlarını deyən taksi sürücüləri öz sevinclərini bu cür ifadə etdiklərini deyirlər.