Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Pravda.az-ın məlumatına görə, paylaşımda deyilir: "Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə Şəhər Xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.