BURADA REKLAMINIZ OLA
BİLƏR

Canlı qüvvə ehtiyatı tükənən düşmən uşaqları cəlb edir

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusu bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl edir”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

 

A. Eyvazov deyib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub: “Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”.

 

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir: “Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.

Tarix: 26 Oktyabr 2020, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin