BURADA REKLAMINIZ OLA
BİLƏR

Qüdrət Həsənquliyev də yenidən deputat olmaq istəyir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, beşinci çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkınar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Qüdrət Həsənquliyevin özü məlumat verib.

 

BAXCP sədri bildirib ki, o, bu dəfə namizədliyini 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən irəli sürüb.

 

Xatırladaq ki, Qüdrət Həsənquliyev ötən parlament seçkilərində 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputat seçilib. Onun hazırda namizədliyini irəli sürdüyü 36 saylı Xətai Dördüncü Seçki Dairəsini isə Yeni Azərbaycan Partiyasının üzvü Səməd Seyidov təmsil edirdi.Modern.az

Tarix: 24 Dekabr 2019, 20:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin