Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

"Ölkəmizdəki Türkiyə “F-16”larının rolu..." - Deputat

1 178
Paylaş:
"Ölkəmizdəki Türkiyə “F-16”larının rolu..." -     Deputat

“Ölkəmizdəki Türkiyə “F-16”larının rolu da odur. Prezident İlham Əliyev xalqa müraciətində bunu aydın bildirdi”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli Türkiyə “F-16”ları ilə bağlı fikir bildirərkən deyib.

“Sinqapurun qurucusu Li Kuan Yu xatirələrində yazıb ki, dövlətinin müstəqilliyini qorumaq üçün Britaniyadan hərbi dəstək istəmişdi. Britaniya imtina edib, çünki başı dərin maliyyə böhranına qarışmış olub. Sonra Li Kuan Yu dəstəyi ABŞ-dan istəyib. ABŞ rəhbərliyi də dəstək verməyə razılaşmayıb. Amma Li Kuan Yu israr edib və sonda dəstəyi ala bilib. Necə? Li Kuan Yu ABŞ rəhbərliyini böyük hərbi gücə ehtiyacın olmayacağına inandıra bilib. O, deyib ki, ABŞ bircə gəmisini göndərərsə və o gəmi Sinqapur limanında lövbər salarsa, yetərli olar. Elə də oldu. Uzun illər ərzində cəmi bir ABŞ gəmisi Sinqapur müstəqilliyinin təminatçısı ola bildi” – E.Qədirli əlavə edib.

Paylaş:

Ən son xəbərlər