BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahin: "Vətənimizin yenidən qiymətləndirilməsi vaxtıdır mənəvi valyutamız olan şəhidlik meyarı ilə"

"Biz adətən xoşbəxtliyin nə olduğunu başa düşmür, duymur, hiss etmirik. Biz bu gün ən xoşbəxtik! Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və ... sayını-hesabını çaşdırdığımız yaşayış məntəqələrimizin azad edildiyi, Müzəffər Ali Baş Komandanımızın hər dəfə işğaldan qurtulmuş yeni-yeni yurd-yuvalarımızın adını qürurla çəkdiyi günlərin xoşbəxtləri! Bu saat Azərbaycan Öz Ərazi bütövlüyü ilə yanaşı Tam Müstəqilliyinin də çatışmayan 20 faizini qaytarmaqdadır".

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

"Xoşbəxtlik Günlərimizi tərcümeyi-halımızın yuxarı başına yazmaq zamanıdır. İnanılmazdır! Misilsizdir! Amma həqiqətdir. Haqdır. Haqq Allahdır! Vətənimizin yenidən qiymətləndirilməsi vaxtıdır! Mənəvi Valyutamız olan şəhidlik meyarı ilə! Heç vaxt belə dəyərli olmamışdıq! Hamımızı təbrik edirəm! Bayrağımızın göyü göyə, qırmızısı qanımıza, yaşılı dinimizə əmanət!" - M.Ağayev qeyd edib.

Tarix: 27 Oktyabr 2020, 20:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin